...İranın ali dini lideri Ayətullah Əli Xamenei Tehranın Vaşinqtonla danışıqlarına qarşı çıxıb. Bunu İslam Respublikasının prezidenti Məsud Pezeşkian deyib.
SİA xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb. ...Düşündüm ki, danışıqlar aparmaq daha yaxşıdır, Ali Məqamlı Rəhbər deyib ki, biz ABŞ-la danışıqlar aparmayacağıq, mən də dedim ki, ABŞ-la danışıqlar aparmayacağıq, - deyə o, problemlərin həlli yollarını tapmaq lazım olduğunu qeyd edib.
Pezeşkian aydınlaşdırıb ki, o, danışıqlara inanır, lakin İran Xamneyinin formalaşdırdığı mövqeyə sadiq qalmağa davam edəcək.
Bundan əvvəl Xamneyi X sosial şəbəkəsindəki səhifəsində ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Vladimir Zelenski arasında mübahisədən sonra Vaşinqton və Avropanın etibarsızlığı ilə bağlı sözlərini xatırladıb.
Əli Babayev