Böyük Britaniyanın baş naziri Key Starmer Londonda Avropa liderlərinin Ukrayna üzrə sammitini açıb.
SİA xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Starmer sammiti açarkən deyib: “Son günlərdəki söhbətlərimdə biz razılaşdıq ki, bir qrup Ukrayna ilə döyüşlərə son qoymaq planı üzərində işləyəcəyik, sonra bunu ABŞ-la müzakirə edib birlikdə irəliyə aparacağıq”.
O, həmçinin bildirib ki, müttəfiqlər Ukraynanı dəstəkləməyə davam etməlidir və “Rusiya sülhdən danışsa da, amansız təcavüzünü davam etdirir”.
…Bu, gündəmdir və biz hamının xeyrinə güc vasitəsilə sülhə nail olmaq üçün bu görüşdən hansı addımların atılacağına dair razılığa gəlməliyik. Beləliklə, başlayaq.
…Sammitdə müzakirələrin yaxın bir neçə saat ərzində davam edəcəyi gözlənilir.
Starmerin danışıqlar bitdikdən sonra mətbuat konfransı keçirəcəyi gözlənilir. Həmçinin sammitdən sonra Ukrayna prezidenti Vladimir Zelenskinin Kral Çarlzla görüşü planlaşdırılır.
Əli Babayev