Ursula fon der Leyen söz verdi...

2 Mart 2025 19:36 (UTC+04:00)

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Kiyevə davamlı silah tədarükünü təmin etmək məqsədilə Avropa hərbi-sənaye kompleksinin sürətli inkişafı üçün əlverişli şərait yaratmaq niyyətində olduğunu bəyan edib.

...Londona gedərkən Avropanın Ukraynaya davam edən hərbi dəstəyini vurğulamaq istəyirəm.

SİA-nın məlumatına görə, Ursula fon der Leyen X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Onun fikrincə, silahların tədarükü uzunmüddətli sülhə nail olmaq üçün mühüm addımdır.

fon der Leyen əlavə etdi ki, sülhə gedən yol güc tələb edir, zəiflik isə münaqişələri daha da gücləndirir. Bundan əvvəl Ursula fon der Leyen Kiyevə mart ayında 3,5 milyard avroluq yeni yardım tranşı vəd etmişdi.

Əli Babayev