Almaniyada keçirilən parlament seçkilərində qalib gələn Xristian Demokrat və Xristian Sosial Birlik blokunun lideri Fridrix Merz ABŞ prezidenti Donald Trampla görüşmək niyyətindədir.
SİA-nın məlumatına görə, Tagesspiegel xəbər verir ki, bunu XDİ/CSU fraksiyasının sədr müavini İohan Vadeful deyib. ...Merz ən qısa zamanda Trampla görüşəcək və o zaman artıq onun əlində daha yüksək müdafiə xərcləri olacaq,- o deyib.
Xatırladaq ki, fevralın 23-də Almaniyada növbədənkənar parlament seçkiləri keçirilib.
Fridrix Merzin mühafizəkar CDU/CSU bloku qalib gəli və o, böyük ehtimalla Almaniyanın kansleri olacaq.
Radikal baxışları və anti-immiqrasiya ritorikasına görə bütün əsas partiyaların artıq koalisiya qurmaqdan imtina etdiyi sağçı Almaniya üçün Alternativ partiyası tarixi nəticə ilə ikinci yeri tutub.
Olaf Şolz-un Sosial Demokratlar Partiyası İkinci Dünya Müharibəsindən sonra özünün "acı" adlandırdığı ən pis nəticələrini açıqlayıb.
2024-cü ilin noyabrında Merz Almaniya kansleri seçiləcəyi təqdirdə Rusiya prezidenti Vladimir Putinlə telefon danışığına hazır olduğunu bildirib.
Eyni zamanda, siyasətçi bildirib ki, 24 saat ərzində Ukrayna infrastrukturuna zərbə endirmək üçün Rusiyaya ultimatum verə bilər.
Əks halda o, tədarük edilən silahların istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldıracağı və Ukraynanı uzaq mənzilli “Taurus” qanadlı raketləri ilə tədarük edəcəyi ilə hədələyib.
Merz daha sonra aydınlaşdırıb ki, o, Putinə heç vaxt ultimatum qoymayıb və Şolz-un nüvə enerjisinə qarşı təhdidlərlə bağlı tənqidini rədd edib.
Əli Babayev