Starmer və Makron Londonda Ukrayna sammitinə gəliblər

2 Mart 2025 18:14 (UTC+04:00)

Böyük Britaniyanın baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Makron Ukrayna ilə bağlı sammit üçün Londona gəliblər.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə bazar günü, martın 2-də “Sky News” məlumat yayıb.

...Starmer bildirib ki, dünya liderləri ilə bugünkü əsas görüşdə avropalıların ABŞ-a təqdim edəcəyi sülh planı müzakirə olunacaq.

Bunu nəşr yazır.

Bundan əvvəl BBC-yə müsahibəsində Starmer Ukraynada sülhə nail olmaq üçün məqamları açıqlamışdı. Onun fikrincə, bunun üçün təhlükəsizlik zəmanəti olan Avropa elementi lazımdır.

Əli Babayev