İspaniya La Liqasının XXVI turu "Real"ın (Madrid) futbolçusu Vinisius Junior üçün əlamətdar olub. SİA xəbər verir ki, ötən gün "Betis"lə (1:2) qarşılaşan "Kral klubu"nun 24 yaşlı vingeri komandasının heyətində 300-cü oyununu keçirib.
O, bunadək paytaxt təmsilçisində ümumilikdə 102 qol vurub və 76 məhsuldar ötürmə edib.
Vinisius "Real"ın heyətində üç dəfə La Liqa, iki dəfə isə UEFA Çempionlar Liqası turnirinin qalibi olub.