Biləsuvar rayonunda ov tüfəngindən xəsarət alan şəxsin səhhəti açıqlanıb. SİA xəbər verir ki, TƏBİB-dən bildirilib ki, bu gün saat 13:00 radələrində xəsarət alması səbəbilə 1983-cü il təvəlüdlü (kişi cinsli) şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona sağ aşağı ətrafın və qarının ön divarlarının çoxsaylı yarası diaqnozu təyin edilib.
Hazırda xəsarət alan şəxsin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
Vəziyyəti stabil olaraq qiymətləndirilir.