“Türk dilli ölkələrin şahmatçıları da burada mübarizə aparır” - Vitse prezident açıqladı

2 Mart 2025 15:47 (UTC+04:00)

“Bu turniri “Nəfəs” İctimai Birliyi ilə birlikdə həyata keçirdirik”. SİA xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Qarayev Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş qadınlararası beynəlxalq şahmat turnirinin açılış mərasimində jurnalsitlərə açıqlamasında bildirib.

Qurum rəsmisi vurğulayıb ki, turnir artıq ikinci dəfədir ki, baş tutur: “Qənirə Paşayevanın həsr olunmuş turnir beynəlxalq səviyyədə keçirilir. Turnirdə ölkəmizi qadınlardan ibarət milli komandamızın üzvləri təmsil edir. Bununla yanaşı Türk dilli dövlətlərin şahmatçılarıda burada öz şanslarını sınacayaqlar. Çünki Qənirə Paşayeva daim Türk dövlətləri ilə əlaqələrimizi təbliğ edirdi. Ona görə də bu turnirin keçirilməsi böyük önəm kəsb edir”.