“Nüvə qışı”ndan sonra sağ qalma şansları olan ölkələr...

3 Mart 2025 00:45 (UTC+04:00)

...Yeni Zelandiya alimləri qlobal nüvə müharibəsi zamanı “nüvə qışı”nda özlərini ərzaqla təmin edə bilən yalnız bir neçə ölkənin sağ qala biləcəyini proqnozlaşdırırlar.

SİA xəbər verir ki, bu barədə Risk Analysis jurnalında məlumat verilib.

Tədqiqat adaları və yarımadaları yaşamaq üçün ən uyğun bölgələr kimi göstərir.

Alimlərin fikrincə, Yeni Zelandiya, Avstraliya, İslandiya, Vanuatu və Solomon adaları iqlimi, inkişaf etmiş kənd təsərrüfatı və dəniz resurslarına çıxış imkanlarına görə ən çox namizədlərdir.

Lakin hətta bu ölkələr də ciddi iqtisadi və sosial sarsıntılarla üzləşəcək. Alimlər genişmiqyaslı nüvə münaqişəsi halında qlobal ərzaq istehsalının 80 faiz və ya daha çox azala biləcəyi barədə xəbərdarlıq edirlər.

...Moskvanın Müqəddəs Aristoklu da Rusiyanın və bütün dünyanın gələcəyi ilə bağlı bir çox peyğəmbərlik mesajları buraxıb. Onun proqnozlarının bir çoxu əslində gerçəkləşdi: o, 1917-ci il inqilabı və Böyük Vətən Müharibəsi, eləcə də digər hadisələr və cərəyanlar barədə xəbərdarlıq edib.

Nazlı Almuradova