Naxçıvanda "idman həftəsi"nə start verilib - FOTOLAR

2 Mart 2025 12:46 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasında "İdman həftəsi" proqramı çərçivəsində ilk tədbir keçirilib. Muxtar respublikanin Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, İlham Əliyev adına Olimpiya İdman Kompleksində yeniyetmələr arasında boks üzrə Azərbaycan birinciliyinin muxtar respublika üzrə zona yarışı keçirilib.

İsmayıl Bədəlov (38 kiloqram), Məhəmməd Babayev (40 kiloqram), Elmurad Kərimli (42 kiloqram), Yusif Tağıyev (44 kiloqram), Sadiq Xəlilov (46 kiloqram), Dünyamin Şirəliyev (48 kiloqram), Murad Məmmədli (50 kiloqram), Məhəmməd Qarayev (52 kiloqram), Əli Quliyev (54 kiloqram), Vüsal Eyvazlı (57 kiloqram), Musa Əliyev (60 kiloqram), Nemət Bağırov (63 kiloqram) və Məhəmməd Musatafayev müvafiq çəki dərəcələrində birinci yerə sahib çıxıblar.

Yarış seçim xarakterli olduğundan qaliblər ölkə birinciliyinin final mərhələsində iştirak hüququ qazanıblar.

Qeyd edək ki, “İdman həftəsi” çərçivəsində martın 5-dək daha bir neçə tədbir keçiriləcək, sonuncu gün isə idman ictimaiyyəti ilə görüş və mükafatlandırma olacaq.