Səsyazısı yayılan direktorla bağlı araşdırma aparılacaq - BŞTİ

2 Mart 2025 11:10 (UTC+04:00)

Sosial şəbəkələrdə Bakı şəhəri 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoya aid olduğu iddia edilən səsyazısı yayılıb. SİA-nın xəbərinə görə, səs yazısına əsasən belə məlum olur ki, direktor müəllimlərin ona ad günündə aldığı hədiyyəni özünə yaraşdırmadığı üçün müəllimləri təhqir edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq və nəticə haqqında əlavə məlumat veriləcək.