"Beşiktaş" doğma meydanda üç xala sevindi

2 Mart 2025 03:15 (UTC+04:00)

Türkiyə Superliqasında XXVI turun növbəti oyunu keçirilib. SİA xəbər verir ki, "Beşiktaş" doğma meydanda "Kayserispor"la qarşılaşıb. Görüş İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Beşiktaş" hazırda 41 xalla 4-cü, qonaqlar isə 24 xalla 17-ci sırada qərarlaşıb.