Böyük Britaniya Baş naziri Keyr Starmer ilə görüşdə Ukrayna və bütöv Avropa qarşısında duran çətinlikləri, tərəfdaşlarla əlaqələndirməyi, Ukraynanın mövqeyini gücləndirmək və müharibəni ədalətli sülh ilə başa çatdırmaq üçün atılacaq konkret addımları, etibarlı təhlükəsizlik zəmanətlərini müzakirə etdik. SİA xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Starmerlə görüşdən sonra Teleqram kanalında yazıb.
“Bu müharibənin başlanğıcından bəri bu qədər dəstəyə görə Birləşmiş Krallıq xalqına, hökumətinə təşəkkür edirəm. Şadam ki, belə strateji tərəfdaşlarımız var və gələcəyin hər kəs üçün necə inamlı olacağına dair eyni baxışa sahibik”, - Zelenski bildirib.