Kalinovskinin alayı: “Belarusun gələcəyi bu döyüşdən asılıdır”

2 Mart 2025 00:45 (UTC+04:00)

...SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Kastus Kalinouski alayının belaruslu könüllüləri videomüraciət yayaraq belarusları Ukraynaya və bütün Avropaya azadlıq uğrunda mübarizəyə kömək etməyə çağırıblar.

...Biz belaruslu könüllülər ilk günlərdən Ukraynanı müdafiə edirik.

ABŞ-dakı son danışıqlar göstərdi ki, Avropa yalnız öz gücünə güvənməli olacaq. Sizi dayanmamağa çağırırıq! Ukraynanı dəstəkləmək təkcə qardaşlarımıza kömək etmək deyil, bu, bütün Avropanı bürüyə biləcək böyük müharibəni dayandırmaq şansıdır.

Belarusun gələcəyi də bu mübarizədən asılıdır.

Kənarda durmayın - bu hər kəsə aiddir!

Sözlə deyil, əməllə: sıralarımıza qoşulun və Kalinovskinin alayına kömək edin.

Qələbəyə birlikdə! Ukraynaya şöhrət! Yaşasın Belarus!

Bu linkə daxil olaraq alaya dəstək ola bilərsiniz.

Burada Kalinovskinin alayına qoşulun.

Əli Babayev