UEFA "Qarabağ"ı cəzalandırdı

1 Mart 2025 19:46 (UTC+04:00)

UEFA-nın İntizam Komitəsi "Qarabağ"ı cəzalandırıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb.

Buna səbəb Avropa Liqasının Liqa mərhələsinin 8-ci turunda "Olimpiakos"la matçda baş verən müxtəlif pozuntular olub.

Beləliklə, Ağdam təmsilçisi "komandanın intizamsız davranışına" görə 9 min avro cərimələyib. Yunanıstan klubu da stadionun sektorlarından birinin dəhlizlərini bağladıqları üçün eyni məbləğfə cəzaya məruz qalıb.

Qeyd edək ki, sözügedən matç "Qarabağ"ın 0:3 hesablı məğlubiyyəti ilə bitmişdi.