“Murov Az Terminal” növbəti qələbəsini qazanıb

1 Mart 2025 17:47 (UTC+04:00)

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII turun daha bir oyunu keçirilib.

SİA xəbər verir ki, turnir cədvəlinin lideri olan “Murov Az Terminal” növbəti qələbəsini qazanıb.

Komanda "Gənclər"i məğlub edib - 3:0 (25:10, 25:19, 25:17).

Qeyd edək ki, ötən gün turun açılış qarşılaşmasında "Neftçi" MOİK-dən üstün olub - 3:0.