Hacıqabulda 10 yaşlı uşağı qatar vuraraq öldürüb

1 Mart 2025 17:00 (UTC+04:00)

Hacıqabulda 2014-cü il təvvəllüdlü Qaçaylı Yusif Malik oğlunu qatar vuraraq öldürüb. SİA xəbər verir ki, hadisə Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qeydə alınıb.

Yeniyetmə aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı xətt polisi tərəfindən araşdırma aparılır.