Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) rəsmi şəxsləri Avropa Olimpiya Komitələrinin (AOK) 54-cü Baş Assambleyasında iştirak edirlər.
SİA xəbər verir ki, bu barədə MOK-un mətbuat xidməti məlumat yayıb.
Almaniyanın Frankfurt şəhərində keçirillən tədbirə qurumun vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev və MOK-un xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov qatılıblar.
Toplantıda Milano-Kortina 2026 Qış Olimpiya Oyunları, İstanbul 2027 Avropa Oyunları və AOK-un “Strategiya Gündəliyi - 2030” kimi vacib mövzular gündəmdədir.
Bundan əlavə, “Ən yaxşı avropalı gənc atlet” üçün “Pyotr Nurovski” mükafatı və Avropa Olimpiya Komitəsinin “Olimpiya çələngi” mükafatı təqdim ediləcək.