Fevralın 28-də Almaniyanın Frankfurt şəhərində Avropa Olimpiya Komitələrinin (EOC) 54-cü Baş Assambleyası öz işinə başlayıb. SİA xəbər verir ki, bu gün başa çatacaq tədbirdə Azərbaycanı Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev və MOK-un xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov təmsil edirlər.
Tədbir çərçivəsində “Milano-Kortina-2026” Qış Olimpiya Oyunları, “İstanbul-2027” Avropa Oyunları və EOC-un “Strategiya Gündəliyi - 2030” kimi vacib mövzular gündəmdədir.