Amerikalı milyarder və “Tesla” şirkətinin rəhbəri İlon Mask 14-cü dəfə ata olub. SİA xəbər verir ki, “Neuralink” korporasiyasının top meneceri Şivon Zilis ondan dördüncü uşağını dünyaya gətirib.
Körpənin doğulduğunu qadının özü elan edib.
O, şəxsi bloqunda körpəyə Seldon Likurq adının verildiyi vurğulanan paylaşım edib. Uşaq Mask-Zilis cütlüyünün dördüncü övladı olub. Mask isə ümumilikdə artıq 14-cü dəfə ata olub. Onun daha əvvəl başqa qadınlardan da uşaqları var idi.
“Bunu İlon ilə müzakirə etdim və gözəl Arkadiyanın ad günündə yeni körpəmiz - oğlumuz Seldon Likurq haqqında açıq danışmağın məqsədəuyğun olacağını düşündük”, - Zilis yazıb.