“Meydan TV” ilə əlaqəli saxlanılan Fatimə Mövlamlı barəsində həbs qətimkan tədbiri seçilib

1 Mart 2025 14:49 (UTC+04:00)

Fatimə Mövlamlı barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb. SİA xəbər verir ki, Xətai rayon Məhkəməsində baxılan təqdimat təmin edilib.

Qərara əsasən, Fatimə Mövlamlı barəsində 1 ay 19 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, F. Mövlamlı ötən gün “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb.