“Azərbaycan” gəmi-bərəsi 4 il ərzində 23 mindən çox sərnişin daşıyıb

1 Mart 2025 13:55 (UTC+04:00)

“RoPax” tipli “Azərbaycan” gəmi-bərəsi istifadəyə verildiyi gündən indiyədək 23 739 sərnişin daşıyıb. SİA “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nə (ASCO) istinadən xəbər verir ki, 4 il ərzində bu bərə ilə həmçinin 1 214 vaqon, 23 883 yük maşını, 3 844 minik avtomobili daşınıb.

“Azərbaycan” gəmi-bərəsinin uzunluğu 154,50 metr, eni 17,7 metr, bortunun hündürlüyü isə 7,5 metrdir. Ha­zırda yükgötürmə qabiliyyətinə görə Xəzərdəki mövcud bərələrdən böyük olan bu gəmi 100 nəfər sərnişin, 56 sis­tern tipli vaqon və ya 50 yük avtomobili/TIR daşımaq imkanına malikdir.

Qeyd edək ki, Bakı Gəmiqayırma Zavodunda inşa olunan gəminin təntənəli açılışı 2021-ci il martın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə baş tutub.

Bundan əlavə, unikal dizayna malik bu gəmi-bərə “Baird Maritime” tərəfindən 2021-ci ilin ən yaxşı gəmi-bərəsi seçilib. RINA-nın hazırladığı 2021-ci ilin mühüm gəmiləri (Significant Ships of 2021) siyahısında isə dünya üzrə 50 gəmidən biri olub.