Turnirin tarixində mütləq rekord qeydə alınıb - PFL

1 Mart 2025 12:54 (UTC+04:00)

Azərbaycan Kubokunun 1/4 finalında “Kəpəz”i mübarizədən kənarlaşdıran “Neftçi” tarixində 21-ci dəfə yarımfinala yüksəlib.

SİA xəbər verir ki, Peşəkar Futbol Liqası bu barədə məlumat yayıb.

Bu, turnirin tarixində mütləq rekorddur.“Ağ-qaralar” həm də ardıcıl 4-cü dəfə finalın bir addımlığında olacaq.

Yarımfinalda iştirak sayında 2-ci olan “Qarabağ” 20-ci dəfə bu mərhələyə yüksəlib. Ağdam klubu yubiley uğurunu “Səbail”i keçməklə gerçəkləşdirib. Bölgə təmsilçisi ardıcıl ikinci dəfə yarımfinalda oynayacaq