Donqar balina xilas edildi

1 Mart 2025 12:25 (UTC+04:00)

Baltik dənizində donqar balina balıq toruna düşüb. 7 metr uzunluğundakı balina Polşa xilasetmə qruplarının müdaxiləsi ilə torlardan xilas edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, həmin anlar dron kamerası ilə lentə alınıb. Yolunu azmış donqar balina özünü Baltik dənizində tapıb. Bədbəxt balina Polşa sahillərində balıqçı torlarına düşüb. Balina azadlığını su çiləyərək qeyd edib və sonra dənizin dibində gözdən itib. Nəhəng balina torlardan qaçsa da, həyatı təhlükə altındadır. Donqar balinalar adətən okean sularında yaşayır. Baltik dənizində görülən balinanın o bölgədə qida maddələri yoxdur. Uzunluğu 15 metrə və çəkisi 40 tona çata bilən donqar balinalar plankton, bitki və sürü halında üzən kiçik balıqlarla qidalanır.