AMB gender müxtəlifliyini korporativ idarəetmə standartlarına inteqrasiyanı planlaşdırır

1 Mart 2025 11:45 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) gender müxtəlifliyini korporativ idarəetmə standartlarına inteqrasiya etməyi planlaşdırır. SİA xəbər verir ki, bu məsələ AMB-nin sədrinin müavini Gülər Paşayevanın Şotlandiyanın Baş naziri Con Svinni ilə keçirtdiyi görüşdə müzakirə edilib.

“Hökumətin ən yüksək səviyyədə gender müxtəlifliyinə diqqət yetirdiyini görmək ruhlandırıcıdır və bu, mənim Azərbaycanın maliyyə sektorunda bu işi inkişaf etdirmək həvəsimi daha da artırır.

Bu təcrübə, gender müxtəlifliyini korporativ idarəetmə standartlarına inteqrasiya etmək, Azərbaycanın qadınların səlahiyyətlərini genişləndirmək kimi qürurlu tarixinə əsaslanmaq və daha inklüziv və bərabər gələcəyə doğru işləmək üzrə fəaliyyət planımla sıx uyğunlaşır”, - G. Paşayeva qeyd edib.