Dünya şahmat tarixinin böyük oyunçularından hesab edilən məşhur şahmatçı Boris Spasski vəfat edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, uzun illər Sovet İttifaqını təmsil edən və 1969-1972-ci illərdə şahmat üzrə Dünya Çempionu adını daşıyan Boris Spasski 88 yaşında dünyasını dəyişib. Spasski şahmat tarixində, xüsusən də Bobbi Fişerlə keçirdiyi unudulmaz görüşlərlə iz qoyub.