BŞİH gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir - FOTOLAR

1 Mart 2025 11:09 (UTC+04:00)

Bakıya intensiv qar yağması səbəbindən bütün gün ərzində Bakı Şəhər (BŞİH) və paytaxt rayonlarının icra hakimiyyətləri, qurumların kommunal xidmətləri gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdiriblər. SİA xəbər verir ki, yağan qarın fəsadlarının aradan qaldırılması ilə bağlı kommunal xidmətlər tərəfindən operativ tədbirlər görülür. Xüsusi təyinatlı texnika tərəfindən mərkəz küçə və prospektlər, həmçinin ətraf qəsəbələrin yolları qardan təmizlənir, texniki duz səpilir.

Bildirilib ki, erkən saatlardan etibarən, kommunal xidmətlər metro stansiyaları, avtobus dayanacaqları, piyada səkiləri, küçə boyunca ictimai-iaşə və digər müəssisələrin qarşısının təmizlənməsi, buz bağlamış yerlərə texniki duz səpilməsi və digər təmizlik işlərini davam etdiriblər.