“Gəncə “UNEC”lə qarşılaşacaq

1 Mart 2025 10:00 (UTC+04:00)

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada XIV tura start veriləcək.

SİA xəbər verir ki, ilk oyun günündə bir matç baş tutacaq.

Yeganə qarşılaşma UNEC-in idman zalında keçiriləcək. Çempionatın autsayderi olan eyniadlı komanda “Gəncə” ilə üz-üzə gələcək.

Qeyd edək ki, turun digər oyunları martın 4-də keçiriləcək.