Sumqayıtda 17 yaşlı gənc dəm qazından ölüb

1 Mart 2025 09:06 (UTC+04:00)

Sumqayıtda 17 yaşlı oğlan dəm qazından ölüb. SİA xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsində qeydə alınıb.

2008-ci il təvəllüdlü Ə.E. Məmmədov dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.