Mənzurə yenidən plastik əməliyyat etdirəcək

1 Mart 2025 08:41 (UTC+04:00)

Müğənni Mənzurə Musayeva yenidən plastik əməliyyat etdirəcək. SİA xəbər verir ki, bu haqda o, "Qonaqcanlı" verilişində deyib. Əməliyyat nəticələrindən narazı qalan sənətçi bu haqda düşündüyünü bildirib: "Əməliyyat nəticələrimdən heç razı deyiləm. Yenidən etdirmək fikrim var. Həkimin pulu geri qaytarıb-qaytarmayacağını bilmirəm. Bununla bağlı danışıqlarımız hələ ki, davam edir".