Mart ayında BMT TŞ-yə bu ölkə sədrlik edəcək

1 Mart 2025 08:22 (UTC+04:00)

Mart ayında BMT Təhlükəsizlik Şurasına (TŞ) Danimarka sədrlik edəcək. SİA xəbər verir ki, TŞ-yə sədrlik fevral ayında BMT Təhlükəsizlik Şurasına rəhbərlik edən Çindən Danimarkaya keçəcək. Danimarkanın dünya təşkilatındakı daimi nümayəndəsi Kristina Markus Louson tərəfindən ay ərzində BMT TŞ-nin gündəliyi ilə bağlı mətbuat konfransı keçiriləcək.