Türkiyə terrorla mübarizədə fevralın 27-dən etibarən yeni mərhələyə başlayıb. SİA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Kanal7"nin yaradılmasınn 30-cu ildönümündə çıxışı zamanı deyib. Ərdoğan Türkiyənin terrorçuluğa qarşı mübarizədə qətiyyətli olduğunu, amma bəzilərinin rəsmi Ankaranın bu hədəfinin reallaşmasına mane olduğunu söyləyib. Onun sözlərinə görə, Türkiyə imperialist güclərin planlarına qarşı mübarizə aparır. Xatırladaq ki, PKK terorr təşkilatının həbsdə olan lideri Abdullah Öcalan fevralın 27-də təşkilat üzvlərini tərk-silaha çağırıb.