Messi gələcəyindən danışdı

1 Mart 2025 05:40 (UTC+04:00)

"İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi gələcək karyerası ilə bağlı sualı cavablandırıb. SİA xəbər verir ki, o, bu sözləri deyib: “Hazırda özümü yaxşı hiss edirəm və karyeramın hər anından həzz alıram. Klubdan, oyunlardan, komanda yoldaşlarımdan, ailəmdən, dostlarımdan həzz almaq… Mən əvvəlcədən heç nə planlaşdırmıram. Mən sadəcə indiki anı sevirəm və həzz alıram”.

Qeyd edək ki, Lionel Messinin gələn mövsüm “Barselona”ya qayıdacağı barədə məlumat yayılıb. Onun MLS klubu ilə müqaviləsi 2025-ci ilin sonunda başa çatır.