Papanın vəziyyəti kritikdir

1 Mart 2025 03:40 (UTC+04:00)

Papa Fransiskin səhhəti kəskin şəkildə pisləşib. SİA xəbər verir ki, Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin yaydığı məluma görə, pontifik qusma və kəskin tənəffüs çatışmazlığına səbəb olan kəskin bronxospazmdan əziyyət çəkir. O, süni tənəffüs aparatına qoşulub. Fevralın 14-də xəstəxanaya yerləşdirilən Papanın vəziyyətinin "kritik, lakin stabil" olaraq qaldığı bildirilib.