İşə qəbul imtahanı əlverişsiz havaya görə təxirə salındı

1 Mart 2025 02:17 (UTC+04:00)

Martın 1-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin II mərhələsi (test imtahanı) paytaxtda müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınıb. Bu barədə SİA-ya BŞTİ-dən bildirilib. İmtahanın keçiriləcəyi yeni tarixlə bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin II (test imtahanı) mərhələsinin təxirə salınması ilə bağlı namizədlərin qeydiyyatdan keçdiyi mobil telefon nömrəsinə SMS göndərilib.