Zelenski Ağ Evi erkən tərk edib..?

28 Fevral 2025 22:50 (UTC+04:00)

Ukrayna lideri Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla görüşdən sonra Ağ Evi erkən tərk edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Reuters xəbər verir.

ABŞ liderinin sözçüsü görüşün başa çatdığını təsdiqləyib. Bundan əvvəl Tramp Zelenski ilə mübahisəyə münasibət bildirib. O qeyd edib ki, belə şəraitdə danışıqlar aparmaq son dərəcə çətin olacaq.

Əli Babayev