Tramp Zelenski ilə Ağ Evin girişində şəxsən görüşüb

28 Fevral 2025 21:00 (UTC+04:00)

...Artıq bir az əvvəl xəbər verdiyimiz kimi, Ukrayna və ABŞ prezidentləri Vladimir Zelenski və Donald Tramp cümə günü, fevralın 28-də Ağ Evdə görüşüblər.

SİA-nın məlumatına görə, onların mediaya açıqlamaları və iki ölkə arasında faydalı qazıntılar üzrə çərçivə sazişinin imzalanma mərasimi gözlənilir.

Qeyd etmək lazımdır ki, Trampın Ağ Evin girişində Zelenski ilə şəxsən görüşdüyü bildirilir.

Trampla görüşdən əvvəl Ukrayna prezidenti ikipartiyalı Senatın nümayəndə heyəti ilə danışıqlar aparıb.

P.S: Bir müddət bundan əvvəl Tramp Fransa prezidenti Emmanuel Makronu da qəbul etmişdi. Amma Zelenski kimi, onun pişvazına belə çıxmamışdı.

Əli Babayev