Babasını və nənəsini qətlə yetirməkdə təqsirləndirilən Samara şəhərinin keçmiş meri Viktor Tarxovun nəvəsi etiraf edib.
SİA xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Telegram kanalında məlumat verilib.
...Rusiya İstintaq Komitəsinin Samara vilayəti üzrə istintaq orqanları Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “a” bəndində nəzərdə tutulmuş cinayəti törətməkdə (iki nəfəri öldürmək) yerli sakinə qarşı başlanmış cinayət işinin istintaqı çərçivəsində müttəhimdən cinayətin törədildiyi şəraitlə bağlı etirafı alıblar. Təqsirləndirilən şəxs cinayəti şəxsi maraqları üçün törətdiyini etiraf edib və ona ambulator psixoloji-psixiatrik müayinə təyin edilib. O, cinayətin ortağı olduğunu da bildirdi; adam axtarışa verilib.
Nazlı Almuradova