NDU və ABŞ-nin Corc Vaşinqton Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTOLAR

28 Fevral 2025 16:39 (UTC+04:00)

Naxçıvan Dövlət Universiteti (NDU) ilə ABŞ-nin Corc Vaşinqton Universiteti arasında ikili diplom üçün ilkin razılıq əldə edilib və əməkdaşlıq memorandumu imzalanıb. SİA xəbər verir ki, NDU-da ABŞ-nin Corc Vaşinqton Universitetinin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə NDU-nun rektoru Elbrus İsayev və rəhbər heyət, Corc Vaşinqton Universitetinin Təhsil və insan inkişafı fakültəsinin dekanı Maykl Foyer, universitetin proqram direktoru Sevinc Məmmədova iştirak edib.

NDU və Corc Vaşinqton Universiteti arasında magistratura təhsil pilləsi, “Səhiyyənin idarə edilməsi” və digər ixtisaslara dair ikili diplom proqramları və digər istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə olunub. Müzakirələrin yekununda ikili diplom üçün ilkin razılıq əldə edilib, əməkdaşlıq Memorandumu imzalanıb.

Əməkdaşlığın icrası və gələcək layihələrin reallaşdırılması məqsədilə hər iki universitetin nəzdində işçi qrupların yaradılmasına qərar verilib.