Gəncədə beş ev yanıb

28 Fevral 2025 16:14 (UTC+04:00)

Gəncə şəhərində bir-birinə bitişik beş ev yanıb. SİA-nın məlumatına görə, hadisə şəhərin M.Rəhimov küçəsində qeydə alınıb.

Belə ki, A.Mehdiyev, E. Alırzayevə, Ç.Şaxtaxtinski, R.Şaxtaxtinskaya və Cəmilə adlı qadına məxsus bir-birinə bitişik evlərdə yanğın olub.

Yanğında dörd ev tam yanıb, bir evin isə dam örtüyünə zərər dəyib.

Əraziyə dörd yanğınsöndürən maşın, 20-ə yaxın canılı qüvvə cəlb olunub və yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.