Azərbaycan çempionatının oyunu baş tutmayıb

28 Fevral 2025 15:09 (UTC+04:00)

II Liqada XIV turun “Şahdağ Qusar” – “Kür-Araz” qarşılaşması baş tutmayacaq. SİA xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Buna səbəb “Kür-Araz” komandasının təyin edilmiş vaxtda stadiona gəlməməsidir. Matçla bağlı yekun qərar AFFA İntizam Komitəsi tərəfindən veriləcək.

Qeyd edək ki, meydan sahibi komanda, oyun rəsmiləri təyin olunan vaxtda stadionda olublar və stadion qarşılaşma üçün tam hazır vəziyyətə gətirilib. Görüş saat 14:00-da start götürməli idi.