Azərbaycanda çoxmənzilli binaların liftlərinin dəyişdirilməsinə 10 milyon manata yaxın vəsait ayrılıb

28 Fevral 2025 14:56 (UTC+04:00)

Azərbaycanda çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazası möhkəmləndiriləcək. SİA xəbər verir ki, Prezident İlham Əliyev çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamla müvafiq şəhər və rayon icra hakimiyyətlərinə 9 milyon 940 min manat vəsait ayrılıb.