Azərbaycan və Xorvatiya arasında işgüzar əlaqələrin gücləndirilməsi müzakirə edilib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Xorvatiyaya səfər çərçivəsində bu ölkənin Baş naziri Andrey Plenkoviçin qəbulunda olduq. Azərbaycan-Xorvatiya strateji tərəfdaşlığının və iqtisadi əməkdaşlığının gündəmində olan prioritetlər, ticarətin və qarşılıqlı investisiyaların artırılması, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, işgüzar əlaqələrin gücləndirilməsi imkanlarını nəzərdən keçirdik", - deyə o qeyd edib.