Azərbaycan və Səudiyyə Ərəbistanının milli kitabxanaları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib - FOTOLAR

28 Fevral 2025 13:29 (UTC+04:00)

Səudiyyə Ərəbistanının Bakıdakı səfiri İssam bin Saleh əl-Cuteyli Azərbaycan Milli Kitabxanasında olub. Bu barədə SİA- ya diplomatik missiyadan məlumat verilib.

Diplomat kitabxananın direktoru professor Kərim Tahirovla görüşüb.

"Milli kitabxanaya səfər gözəl təcrübə oldu. Biz kitabxana sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik", - səfir qeyd edib.