Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb

28 Fevral 2025 12:47 (UTC+04:00)

Azərbaycandan Türkiyədə müxtəlif səviyyədə ali təhsil alanların sayı 40 minə yaxındır. SİA xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin baş ticarət müşaviri Yakub Sefer deyib.

O bildirib ki, bura həm bakalavr, həm magistr, həm də doktorantura səviyyəsində təhsil alanlar daxildir.

Türkiyədən isə Azərbaycanda təhsil alan tələbələrin sayı 5 mindən çoxdur.