“Sərhədçi” basketbol klubuna yeni transfer olunan ABŞ-lı Jozef Allennin SİA-ya müsahibəsini təqdim edirik:
- “Sərhədçi” klubuna keçidiniz necə reallaşdı?
- Bu komandanı çox bəyəndim. Dinamik və hərəkətli klubdur. Mənə qucaq açaraq qarşıladılar. Bu fürsəti mənim üçün yaratdıqlarına görə klub rəhbərliyinə minnətdaram.
- Azərbaycana gəlməyinizə nə səbəb oldu?
- Avropaya çıxmaq istəyirdim. Ona görə də ən yaxşı variantın bura olduğunu düşündüm. Beləliklə də özümü Bakıda tapdım.
- Bəs “Sərhədçi” barədə nə düşünürsüz?
- Komanda çox gözəldir. Bütün uşaqlarla tanış olmaq yaxşıdır. Eyni məqsədi həyata keçirməyə çalışarkən birlikdə daha gözəl vaxt keçiririk.
- Yerliləriniz başqa basketbol klublarında da oynayırlar. Bu kluba keçməzdən əvvəl onlarla məsləhətləşmisiniz?
-Xeyr, heç biri ilə hansısa formada danışığım olmayıb.
- Daha öncədən Azərbaycan basketbolu barədə məlumatınız var idi?
- Bəli, əvvəllər bu liqada bir neçə amerikalı dostum oynayırdı. Onlardan Azərbaycan basketbolu barədə söhbətimiz olub.
- “Sərhədçi”də əsas məqsədiniz nə olacaq?
- Əsas məqsədim komandaya kömək etmək. Çempionluq uğrunda mübarizə aparmaq və avrokuboklara yüksəlmək üçün mübarizə aparmaqdır.
- Baş məşqçi ilə nə kimi danışığınız oldu?
- Məşqçi ilə çox yaxşı söhbətimiz oldu. Evrən Alkaya iki 2 vvəl məni Azərbaycana gətirməyə çalışırdı. Nəhayət ki, bu baş tutdu. Onunla eyni komandanı bölüşmək məni həyəcanlandırır. O, mənim ən böyük dostumdur.
- Bu gün Azərbaycan Basketbol Liqasında XV turunda "NTD" komandası ilə qarşılaşacaqsınız. Matç haqqında nə düşünürsünüz?
- Bu mənim ilk sınağımdır. Düşünürəm ki, əla oyun olacaq. Komanda olaraq necə birlikdə oynadığımızı görmək üçün çox yaxşı fürsət olacaq.
- Bakıda ən çox bəyəndiyiniz şey nə oldu?
Burada “Fryday” restoranında oldum. Çox dadlı burgerləri var. Sözün əsl mənasında burada olan fasd-foodlar çox ləzzətlidir.