Xorvatiyanın Baş naziri Azərbaycanın iqtisadiyyat naziri ilə görüşəcək

28 Fevral 2025 12:14 (UTC+04:00)

Bu gün Xorvatiyanın Baş naziri Andrey Plenkoviç Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşəcək. Bu barədə SİA-ya Xorvatiya hökumətinin mətbuat xidmətinin bəyanatına istinadən xəbər verir.

Məlumata görə, görüş Banski Dvori sarayında baş tutacaq.

M.Cabbarov Azərbaycan-Xorvatiya investisiya forumunun keçiriləcəyi Zaqrebdə işgüzar səfərdədir. Səfər zamanı onun Xorvatiya hökumətinin nümayəndələri ilə görüşü və ikitərəfli iqtisadi əlaqələrə dair müzakirələr aparması planlaşdırılır.