"Ermənistan adlı respublika yoxdur" - Hikmət Babaoğlu

28 Fevral 2025 11:51 (UTC+04:00)

"Ermənistan baş naziri bu yaxınlarda 14 müddəadan ibarət yeni Ermənistan layihəsi ilə çıxış etdi". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasındakı çıxışı zamanı deputat Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Paşinyanın iddia etdiyi həmin mətndə Ermənistan ərazisi 9 min kvatrat kilometr deyildi: "Əslində Ermənistan ərazisi 9 min kvatrat kilometrdir.

İkincisi, Ermənistan adlı respublika yoxdur. Əslində həmin ərazidə yaşayan qıpçaqların adı ilə həmin ərazi adlandırılıb. Ona görə də "Ermənistan" adının dəyişdirilib özlərinin dediyi kimi adlandırılması lazımdır. Çünki coğrafiyanın adının ölkə adı kimi verilməsi düzgün deyil".