Naxçıvan Dövlət Nəqliyyat Xidmətində yoxlama aparılır

28 Fevral 2025 11:10 (UTC+04:00)

Naxçıvan Dövlət Nəqliyyat Xidmətində yoxlamalara başlanıb. SİA xəbər verir ki, Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Naxçıvan Dövlət Nəqliyyat Xidməti” Publik Hüquqi Şəxsində yoxlamalar həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildirib ki, “Naxçıvan Dövlət Nəqliyyat Xidməti” Publik Hüquqi Şəxsinin fəaliyyət dövrü üzrə iş planına uyğun olaraq, aidiyyəti dövlət orqanı tərəfindən kənar dövlət maliyyə nəzarəti tədbiri təşkil edilib.