Mourinyo və Buruka bu cəza verildi

28 Fevral 2025 10:15 (UTC+04:00)

Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi “Qalatasaray”ın baş məşqçisi Okan Buruku 1, onun “Fənərbağça”dakı həmkarı Joze Mourinyonu 4 oyunluq cəzalandırıb. SİA xəbər verir ki, hər iki mütəxəssis 24-cü turda baş tutan İstanbul derbisindəki (0:0) davranışlarına görə diskvalifikasiya edilib.

Okan Buruk oyunsonrası baş tutan mətbuat konfransında etik olmayan açıqlamalarına görə cəza alıb. Jose Mourinyo isə qarşılaşmanın final fitinin ardından hakimlərin paltardəyişmə otağına gələrək təhqiramiz ifadələr işlətdiyinə görə cəzaya məruz qalıb.

Bundan başqa, “Fənərbağça”nın qarşıdakı iki səfər oyununu azarkeşsiz keçirməsi qərara alınıb.